Now Reading:
2 türk general Dubayda həbs olundu
Full Article 30 second read

2 türk general Dubayda həbs olundu



Türkiyə daxilində və xaricdə Fətullahçılarla əlaqədə olmaqda şübhəli bilinənlərin həbsi davam edir.

24saat.org  Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hərbi çevrilişə cəhddə şübhəli bilinən iki türk general bu gecə Xarici İşlər Nazirliyinin (XİN) və Milli İstihbarat Təşkilatının (MİT) birgə yaradılmış operativ əməliyyat qrupu tərəfindən  Dubay Hava limanında tutulublar.

 

Həbs edilən generallar Türkiyənin Əfqanıstandakı silahlı qüvvələrinin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi,general Şener Topuçdur.

 

Ali rütbəli zabitlər Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Dubayda gizlənmək qərarına gəliblər.

Onlar bu sabah ekstradisiya yolu ilə Türkiyəyə təhvil veriliblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: