24 saat

2 milyard dollar ABŞ-la İranı üz-üzə qoydu: “Bu, açıq-aşkar oğurluqdur!”


İran hökuməti 2 milyard dollara yaxın dəyəri olan aktivlərinin ABŞ-da dondurulmasına sərt təpki verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İran xarici işlər nazirinin müavini Hüseyn Ənsari Caber bunu açıq-aşkar oğurluq adlandırıb: «Bu tamamilə yolverilməzdir, İran pullarının oğurlanmasıdır. Biz bu addımı sərt şəkildə qınayırıq».

Xatırladaq ki, ABŞ Ali Məhkəməsinin qərarı ilə sözügedən məbləğ 1983-cü ildə Livanda həyatını itirən Amerika dəniz piyadalarının ailələrinə ayrılacaq. ABŞ onların qətlində İranı ittiham edir.

Aprelin 20-də Ali Məhkəmə ABŞ Konqresinin 2012-ci ildə qəbul etdiyi qərarı dəstəkləyib. Həmin qərar məlum tip kompensasiyaların İranın dondurulmuş aktivləri hesabına ödənilməsini nəzərdə tutur.

1983-cü ildə Beyrutda həyatını itirən 241 dəniz piyadasının ailəsinə ümumilikdə 2,5 milyard dollar kompensasiya ödənməlidir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: