170 erməni məhv edildi – Sağ qalanlar silahlarını ataraq geri qaçır (RƏSMİ)

esger17Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir.

Cümhuriyyət.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Ermənilər mülki əhalini atəşə tutur – Evlər dağılır

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: