Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

16 yaşlı qız boğularaq öldü

Dənizdə 16 yaşlı qız batıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2000-ci il təvəllüdlü, Əliyeva Səmayə Vasif qızının cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda binada yanğın: 25 nəfər təxliyyə edildi

%d bloqqer bunu bəyənir: