Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
c324ec03-0062-45a5-9085-87a984a8574c_cx0_cy20_cw92_w610_r1_s_r1

155 manatla yaşamaq olarmı?

Hazırda bu məbləğ 136 manatdır. Başqa sözlə, bu rəqəm 14 faiz və ya cəmi 19 manat artacaq.

Bu barədə “Novoye Vremya” qəzetində dərc olunan məqalədə yazılıb.

Müəllif yazır ki, Azərbaycanda yaşayış minimumunun həcminin qaldırılması çoxdan gündəlikdədir. Amma burada ciddi dəyişikliklər, hələ də, görünmür. Yazıda vurğulanır ki, “2017-ci ildə yaşayış minimumu haqqında” Qanun layihəsinə əsasən, gələn ildən onun 155 manata qaldırılması gözlənilir:

“Hazırda bu məbləğ 136 manatdır. Başqa sözlə, bu rəqəm 14 faiz və ya cəmi 19 manat artacaq”.

Müəllif hesab edir ki, bu göstərilən rəqəmlərlə real həyat arasında fərq olduqca böyükdür. Yazıda vurğulanır ki, indiki böhran şəraitini nəzərə almadan yaşayış minimumunun məbləğinin müəyyən olunması bir tərəfdən gülməli, digər tərəfdən isə vətəndaşa həqarətdir:

“Hətta səy etsək belə, 136 manatla hansısa həyat səviyyəsinə dəstək olmaq mümkün deyil. Bu 19 manatın əlavə edilməsi də mahiyyəti dəyişə bilmir. Bunun adı kasıblıq və yoxsulluqdur”.

Müəllifə görə, indi elə bil məmurlar reallıq hissini itiriblər. Yazıda vurğulanır ki, burada sosial ədalət təmin edilmir və bunun səbəbi hakimiyyətdir:

“15-20 il ərzində vəzifələrdə oturan və vəzifəni ailə hakimiyyətinə döndərən sistemin özündə köklü dəyişikliklər edilməsə, iqtisadiyyatın sosialyönümlü olması barədə deyilənlər söz olaraq qalacaq”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Banklar dollar satışını kütləvi şəkildə dayandırır – SİYAHI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: