Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

15 YAŞLI ŞAGİRD MÜƏLLİMİNDƏN 7 AYLIQ HAMİLƏDİR – Şamaxıda

Rayonun məhkəmə tibb eksperti isə 9-cu sinif şagirdinin bakirəliyinin hələ də pozulmadığı haqda rəy verib.
Ötən gün Şamaxıdakı mənbədən Conflict.az-a daxil olan məlumat sözün əsl mənasında qan donduran cinayətlərdəndir. Mənbənin verdiyi məlumata görə rayonun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi, 15 yaşlı qız (azyaşlı olduğu üçün redaksiya zərərçəkmişin adının çəkilməsini məqsədəuyğun hesab etmir – Conflict.az) müəllimi İbrahimov Elnur Həsənağa oğlundan 7 aylıq hamilədir. Məlumatda o da bildirilir ki, kifayət qədər imkansız olan ailənin rayonun hüquq mühafizə orqanlarına etdiyi şikayət hələ ki, nəticəsiz qalıb. Belə ki, Elnur adlı “müəllim”in “səyləri” nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 15 yaşlı şagirdin bakirəliyinin hələ də pozulmadığı haqda rəy verib. Şamaxı rayon məhkəmə tibb ekspertinin rəyinə əsaslansaq həddi-buluğa çatmamış, 7 aylıq hamilə olan azyaşlının zamanəmizin Məryəm anası olduğu qənaətinə gəlmək olar. Məlumatı verən mənbə onu da əlavə etdi ki, yaxın günlərə qədər Şamaxı rayon hüquq mühafizə orqanları məsələyə seyriçi mövqe nümayiş etdiriblər. Yalnız bir neçə gün öncə rayon prokurorluğu 15 yaşlı, həddi-buluğa çatmamış şagirdin guya öz müəllimi ilə könüllü intim əlaqədə olması kimi absurd maddə ilə hadisələrin gedişindən, sonucu öncədən bəlli olan işləmlərə başlayıb. Mənbə onu da bildirdi ki, orta təhsilli olan İbrahimov Elnur Həsənağa oğlu hələ də Şamaxı rayon Pirbəhli kəndində sinif otaqlarına müəllim kimi daxil olur.
Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Bakıda alimlərin binası hərraca çıxarıldı – RƏSMİ

%d bloqqer bunu bəyənir: