Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
62470

145 min manat dələduzluqda təqsirli bilinən şəxs azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Adil Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, zərərçəkmiş Rasim Əliyev məhkəmə prosesində verdiyi ifadəsində bildirib ki, A. Abdullayev ticarətlə məşğul olduğunu əsas gətirərək, ondan 2010-cu ilin dekabrında 100 min, daha sonra isə 45 min dollar borc alıb: “Arif mənə dedi ki, gəl şərik işləyək. Ancaq sonradan bildim ki, o, məni aldadır. Pulumu geri istədim, Adil ayda 3000 dollar ödəyə biləcəyini dedi. Mən razılaşdım, ancaq bir neçə aydan sonra heç nə vermədi. Sonra məlum oldu ki, onun təkcə mənə yox, digərlərinə də borcu var. Hazırda onun mənə 93 min dollar borcu var”.

A.Abdullayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İntihar etdiyi deyilən şəxs ürəyindən vurulubmuş

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: