Advertisements
24 saat

14 yaşlı qızın özünü asdığı deyilir


Bakıda intihar hadisəsinin baş verdiyi bildirilir.

Pirallahı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Gürgən qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədlinin yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Hadisənin səbəbi ilə bağlı, hələlik, açıqlama verilmir.

Məlumata görə, S.Əhmədli orta məktəb şagirdidir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq gedir.

Azərbaycanda son vaxtlar intihar hallarının artdığı bildirilir. Ölkə mətbuatında hər gün intiharlarla bağlı bir neçə xəbərə rast gəlmək mümkündür. Ancaq ölkədə intiharların səbəblərini ayrıca araşdıran mərkəzin olmadığı qeyd edilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: