14 yaşlı oğlanı oğurlayıb 20 min manat istəyən şəxs yaxalandı

Azərbaycanda 14 yaşlı uşaq oğurlanıb.

24saat.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini – 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afətdən 20000 manat istəyib və polisə məlumat verməməsini tələb edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun “VAZ-21154” markalı avtomobildə qaçırılması müəyyən edilib və qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılıb. Sürücü – Bakı şəhər sakini, 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf edib.

C.Qasımov ailə üzvlərinə təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Qulağı kəsilən şəxslə bağlı şok iddia

%d bloqqer bunu bəyənir: