Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
62818

14 yaşda ərə gedən qız doğuşdan sonra öldü – FOTO

Türkiyədə yaşayan 15 yaşlı Dərya 3 gün öncə, Beynəlxalq Qızlar günündə dünyasını dəyişib.
Aile.lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Dərya hələ 14 yaşında ikən Bitlistə qohumlarından birinə dini kəbinlə ərə verilib.

15 yaşında hamilə qalan Dərya 1 həftə əvvəl evdə övladını dünyaya gətirib.
Doğuşdan sonra şiddətli baş ağrısı, mədə bulantısı, qusma şikayətləri ilə xəstəxanaya aparılıb. Xəstəxanada qıza yardım göstərilsə də, beyninə qansızma diaqnozundan dünyasını dəyişib.

Aile.lent.az olaraq erkən yaşda hamiləliyin risklərini sadalayırıq.

Ginekoloqlar dəfələrlə vurğulayırlar ki, ərə getmək üçün qızların orqanizmi müəyyən qədər formalaşmalı, endokrin orqanlar funksiyasını tamamlamalıdır. 17 yaşı tamam olmayan bir qız ərə gedən zaman orqanizmdə reproduktiv funksiyanı yerinə yetirən, birbaşa beyinlə əlaqədar olan endokrin orqanlar öz funksiyasını hələ tam başa çatdırmamış olur. Belə qızların hamiləliyi zamanı erkən taksikoz və başqa bir sıra fəsadlar baş verir. Doğuş zamanı qanaxmalar çox rast gəlinən patologiyalardan biridir.

Kiçik yaşda hamiləliklər zamanı erkən doğuş və düşmə təhlükəsi yüksəkdir. Erkən yaşda hamiləliklərdə doğuşdan sonra körpənin ölüm faizi normadan daha çoxdur. Ananın yaşı nə qədər kiçikdirsə, körpənin ölüm riski də o qədər yüksəkdir. 10-15 yaş arası hamiləliklərdə körpə ölüm nisbəti 55%, 16-17 yaş arasında hamiləlikdə 19%, 18-19 yaş qrupunda isə 6%-dir.

Erkən hamiləliklərdə ana bətnindəki dölün inkişafı da tam şəkildə yetişmir. Hamiləliyin inkişafı müəyyən qədər geri qalır. Pediatrların da apardığı müşahidələrə görə, bu uşaqların əqli və fiziki inkişafı həmyaşıdlarından xeyli dərəcədə geri qalır. Bu hamiləlikdən dünyaya gələn uşaqların koqnitiv (anlama) bacarıqları daha aşağı olur. Onlar cinayətə meylli olurlar. Onlarda nevroloji, zəka geriliyi, epilepsiya kimi problemlər də yaşanır. Həm də bu hamiləlikdən doğulan qızların irəlidə hamilə qalmaq riskləri daha çoxdur.

Mütəxəssislər deyir ki, erkən yaşda ərə gedən qızların ana olması onlar üçün həm də psixoloji zərbədir. Bu qızlar öz uşaqlarına qarşı laqeyd yanaşırlar. Çünki onların özləri hələ uşaqdır, analıq hissinin nə olduğunu tam dərk etmirlər. Belə qızların həyat yoldaşları ilə də problemlərinin olmasına çox rast gəlinir.

Bütün bunları nəzərə alaraq, mütəxəssislər fizioloji və psixoloji baxımdan qızların ailə qurması üçün ən yaxşı yaş həddinin 20-30 yaş arası olduğunu bildirirlər.
62818

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Xalq artisti qəzaya düşdü – FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: