Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
usa-army

130 mindən çox hərbçinin şəxsi məlumatları oğurlandı – ABŞ ORDUSU ŞOKDA

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HHQ) hazırkı və istefada olan 134 min 386 hərbçisinin şəxsi məlumatları hakerlər tərəfindən oğurlanıb.

“Report” xəbər verir ki, bu barədə “Navy Times” nəşri yazır. Nəşrin məlumatına görə, “Hewlett Packard” (HP) şirkəti oktyabrın 27-də ABŞ HHQ-ni hərbçilərdən birinə məxsus noutbukun parolunun hakerlər tərəfindən sındırıldığı və dənizçilərin adları və sosial sığorta nömrələri haqqında məlumat əldə olunduğu barədə məlumatlandırıb.

“Hərbi dəniz donanması bu insidenti son dərəcə ciddi qəbul edib. Bizim dənizçilər üçün bu, etimad məsələsidir”, – deyə vitse-admiral Robert Berk bildirib. Onun sözlərinə görə, məsələnin araşdırılması ilkin mərhələdədir və hakerlərin şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyədə dəhşətli terror – Ölən və yaralananlar var (VİDEO)

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: