Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

13 yaşlı qızın Suriyada sevgi axtarışı…

İŞİD terror qruplaşmasının ideoloqları Qazaxıstanda gənclər və yeniyetmələrin arasında aktiv iş aparırlar. Və tamamilə müvəffəqiyyətli ailələrin uşaqları tez-tez vaizlərin qurbanına çevrilirlər.

Suriyaya sevginin axtarışlarına çıxan həddi-buluğa çatmamış qız haqqında inanılmaz hekayəni politoloq Yerlan Karini danışıb. “Diapazon” qəzetinin yazdığına görə, politoloq yaxın vaxtlarda Aktyubinsk vilayətində olub. Onun məqsədi regionun gəncləri arasında ekstremist ideyaların yayılmasını qiymətləndirmək olub. Karin Aktobenin islahedici koloniyalarında terrorizm və ekstremizmə görə ittiham edilən məhbuslarla görüşüb, vilayətin rayonlarını gəzib və əhali ilə xeyli söhbət edib.
Onun sözlərinə görə, məsələyə müxtəlif nöqteyi-nəzərlərdən baxılmalıdır. Yalnız dini deyil, həm də ictimai-iqtisadi baxımdan.
“Gənclərdə indi ideal yoxdur. Biz özümüzü ideal ata hesab edirdik. İndi dəyərlərin böhranı müşahidə olunur. Əgər biz vaxtilə kosmonavt olmağı arzu edirdiksə, indi yeniyetmələrdə başqa maraqlar var. Mən şəxsən sərhədçi olmaq istəyirdim”, – Yerlan Karin şikayətlənib.
Politoloq nümunə olaraq Suriyaya qaçmaq istəyən həddi-buluğa çatmamış qızın hekayəsini danışır: “Almatıda 13 yaşlı qız Suriyaya getmək istəyirdi. Qız əlaçı idi. Amma bir dəfə bilet aldı və valideynlərindən gizlin başqa şəhərə getdi. Oradan isə Suriyaya getməyə hazırlaşırdı. Xoşbəxtlikdən onu axtardılar və evə qaytardılar. Onun hədəfi din deyil, çünki o, Suriyada nəyin baş verdiyini bilmir. Məlum oldu ki, qız televizorda xəbərlərdə gənc oğlanı görüb və onu tapmaq üçün yola düşmək istəyib. Avtomatlı həmin gənc onun üçün hansısa qəhrəman idi”.
Politoloqun fikrincə, indiki uşaqlar öz problemləri ilə tez-tez təklikdə qalırlar.
“Demək olmaz ki, dövlət terrorizmlə mübarizə aparmır. Amma əgər gənclərin nə ilə maraqlandığı və məşğul olduğunu hətta onların valideynləri bilmirlərsə, təhlükəsizlik orqanları bu haqda necə bilə bilər?” – o deyib.
Aktyubinsk vilayətinin məşhur dindarı, “Ənsar” təşkilatının rəhbəri Əsgər Sabdin qeyd edir ki, ənənəvi islamın qanunlarını dirçəltmək lazımdır. Onun sözlərinə görə, Qazaxıstan cəmiyyətində yaranan bir çox problemlər 1990-cı illərdə yaranmış ideoloji vakuuma görə ortaya çıxıb.
“Gəncləri öyrədəcək heç kim olmadığı üçün onların yerini xarici vaizlər tutdular”, – Əsgər Sabdin söyləyib.
Aktobedə baş verən terror aktında sosial, iqtisadi və ailəvi-məişət amillərinin təsirinin olduğunu deyən dindar əmindir ki, əsas amil ideologiyadır: “Biz şəxsi dini ideyanı yaratmalıyıq. Məşğulluğu və asudə vaxt məsələləri həll etmək, ailədə bir-birinə diqqətli olmaq lazımdır. Dini cərəyanlara bir qayda olaraq depressiyada olan insanlar düşürlər”.
Bundan başqa, Əsgər Sabdin hesab edir ki, Qazaxıstanda qanunvericilik səviyyəsində sələfiliyi dərhal qadağan etmək lazımdır.
Qazaxıstan Dini İşlər üzrə Komitənin məlumatına görə, ölkədə hazırda sələfiliyin 15 minə yaxın tərəfdarı var. Onlardan 10 faizdən çoxu Aktyubinsk vilayətində yaşayır. Ölkənin ən sıx məskunlaşmış regionunda 89 dini birləşmə qeydə alınıb, onlardan 65-i müsəlmanlara aiddir.(publika.az)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Apreldə yaralanmış 24 erməni əsgəri hələ də hospitaldadır

%d bloqqer bunu bəyənir: