Loading...
Loading...

13 Azərbaycan hərbçisinin meyiti qaytarılıb

«Həlak olmuş 19 Ermənistan hərbçisinin meyiti qarşı tərəfə verilib. 13 Azərbaycan hərbçisinin meyiti alınıb».

APA xəbər verir ki, bunu İnsan Hüquqları Günü ilə bağlı dinləmələrdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

İ.Axundov bu il aprelin 2-dən 5-nə kimi cəbhədə gedən döyüşlərdən sonra beynəlxalq təşkilatların vasitəçiliyi ilə meyitlərin dəyişdirilməsindən bəhs edib.

Onun deməsinə görə, hazırda İşçi Qrup Ermənistanın insan haqlarını pozması məsələsini beynəlxalq təşkilatlarda gündəliyə gətirməyə çalışır: «Bu məqsədlə GUAM-a da müraciət edilib. GUAM-da İşçi Qrupun yaradılması da nəzərdə tutulub. Münaqişə başlayandan indiyə kimi 3 min 803 nəfər əsir və girov kimi Komissiyada qeydiyyatdadır. Onlardan 709 nəfəri mülki şəxsdir. Həmin şəxslərin də 252 nəfəri qadındır. Ermənistan tərəfi əsir və girovlarla bağlı statistikanı gizlədir, inkar edir. Bununla belə, Komissiya əsir və girovların azad olunması istiqamətində fəaliyyətini davam etdirir».

Bu il aprelin 2-dən 5-ə kimi cəbhədə qızğın döyüşlər olub. Aprelin 5-də tərəflər Moskvada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər. Həmin əməliyyatlar zamanı 6 mülki şəxsin öldüyü, 20-dən çoxunun isə yaralandığı bildirilir. Hərbi qulluqçulardan isə neçəsinin öldüyü, neçəsinin yaralandığı açıqlanmır.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Bakıda küçə və prospektlərdəki son vəziyyət

%d bloqqer bunu bəyənir: