Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
101205

12 yaşlı uşağın bu halından əsər-əlamət qalmadı – FOTOLAR

Moderator.az-da az əvvəl başı 180 dərəcə əyilmiş 12 yaşlı hindli uşaq haqqında məlumat vermişdik. Onu da bildirmişdik ki, görünüşü ilə görənləri heyrətləndirən Mahendra çox çətin bir həyat yaşayır. 12 yaşlı uşağın ailəsi övladlarının sağaltmaq istəsələr də çarəsiz qalmışdılar. Çünki nə apardıqları həkimlərin, müalicələrin heç bir müsbət təsiri olmamışdı, nə də müalicə etdirmək üçün maddi imkanları yox idi.

Bu halinden eser kalmadı 3.resim

Ancaq indi Mahendrandan xoş xəbər var, o, indi tamamilə başqa həyat sürür.

İndiyədək 50-dən artıq həkim gəzmiş, lakin heç bir faydası olmamış 12 yaşlı oğlan nəhayət ki, əməliyyat olunub. Mahendranı müayinə edən həkim Dr. Shashidhar Tatavarthy onda çox nadir rast gəlinən əzələ pozğunluğu olduğunu aşkar edib və daha sonra daha dəqiq diaqnoz qoymaq üçün bütün müayinələrdən keçirib. Sonda da Mahendranı əməliyyat edərək sağlığına qovuşdurub.

Bu halinden eser kalmadı 4.resim

Bu halinden eser kalmadı 5.resim

12 yaşlı bu hindli oğlanın valideynləri indi övladlarından daha çox xoşbəxtdir. Çünki övladları artıq özünü idarə edə bilir. Əvvəllər köməksiz tualetə gedə bilməyən övladları indi artıq məktəbə gedir.

Bu halinden eser kalmadı 9.resim

Anası övladı haqqında bunları deyib: “Həyat yoldaşımla birlikdə fəhlə olaraq çalışırıq. Həyatın bütün çətinliklərinə qarşı mübarizə aparırırq. Amma övladımızın vəziyyəti bizi pərişan edirdi. Onu elə görmək çox əzab verirdi. Bütün günü yaşamırmış kimi küncdə otururdu. Körpə ikən çox rahat gəzdirirdim, amma artıq çox böyümüşdü, onu daşımağa gücüm çatmırdı. İndiyə qədər 50-dən çox həkimə aparmışdıq, amma heç biri bizə dəqiq bir cavab verməmişdi. Yalvarırdıq ki, həkimlər onu sağalda bilməyəcəksə, Allah canını alsın, bu əzabdan qurtarsın. Şükür olsun ki, Tanrı möcüzəsin göstərdi, övadımın canını almadı, balamı sağlığına qovuşduracaq həkim tapıldı”.

Bu halinden eser kalmadı 12.resim

Qeyd edək ki, oğlunu həkimə aparmağa artıq imkanı olmayan valideynlər az öncə yardım kampaniası başlatmışdılar. Bu dəfə də övladları sağalmayacaqdısa, bütün ümidləri suya düşəcəkdi.
u1
u2
u3
u4
u5

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Alimlər əlverişsiz havada naviqasiya üçün lazer tərtib etdilər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: