12 yaşlı oğlanı 11 yaşlı qohumuyla nişanladılar – Foto- Vodeo

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Misirdə 12 yaşlı bir oğlanı 11 yaşlı əmisi qızı ilə nişanlamaları və dəbdəbəli nişan mərasimi qeyd etmələri ölkədə səs-küy yaradıb.

Oğlanın atası Nasser Hassan adlı bir misirli ən böyük oğlunun toyuna gələn qonaqlarına 12 yaşında olan oğlu Omari 11 yaşında olan əmisi qızı Gharam ilə evləndirəcəyini açıqlayıb. Bundan sonra uşaqlar üçün nişan mərasimi təşkil olunub.
Misir qanunları 18 yaşdan kiçik uşaqların evlənməsini qadağan edir. Omar və Gharam’n nişan mərasimi ölkədə olduqca sərt reaksiyaya səbəb olub.
Misirin Al Watan qəzetinə açıqlama verən ata isə özünü məntiqsiz şəkildə müdafiə etməyə çalışıb: “Yaşları az olan cütlük ilə bağlı anormal bir vəziyyətin olmadığını bildirirəm. Bu an üçün ancaq nişan etmişik, evlilikləri isə irəliləyən zamanlarda reallaşacaq”.
12-yasindaki-cocukla-11-yasindaki-cocuk-nisanlandi-8887399_809_m-23102016220817
853579

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Baykalda helikopter qəzaya uğrayıb: Sağ qalan yoxdur

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: