Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ferah

12 yaşlı Fərəhin intihar etməsinin SƏBƏBİ – “İstəyirəm hamı mənim nazımı çəksin”

Ötən həftə 12 yaşlı Fərəh Yaqubovanın dərman içərək intihar etməsi xəbəri yayıldı.

Səbail rayon 6 nömrəli orta məktəbin şagirdi olan Fərəhin intihar etməsinin təfərrüatları məlum olub.

Bu barədə ailənin yaxınları qaynarinfo.az-a məlumat verib.

Məlumat verən şəxsin sözlərinə görə, 7-ci sinif şagirdi Fərəh Yaqubova dərsindən 3 qiymət alıb. Buna görə anası telefonla Fərəhi tənbeh edib. Bundan sonra Fərəh evdə nənəsinin dərmanından çoxlu sayda həb qəbul edib. Həb qəbul etməmişdən əvvəl Fərəh nənəsinə deyib ki, istəyirəm dərman içim, sonra məni aparsınlar xəstəxanaya, məni ayıldandan sonra hamı mənim nazımı çəksin. Nənəsi isə bunun təhlükəli olduğunu, belə şeyləri eləməməyi tapşırıb. Nənəsinin yuxuya getməsini görən Fərəh dərmanları içib.

Yaxınlarının dediklərinə görə, Şahnaz Əliyeva peşəkar dərzi olduğundan qızı həmişə gözəl paltarlarla seçilirdi. Bir il öncə isə Fərəhin atası dünyasını dəyişmişdi. Mənbə bildirir ki, Fərəhin atası da intihar edərək vəfat etmişdi. Bundan başqa, Şahnaz Əliyevanın bacısının azyaşlı qızı xərçəng xəstəliyindən dünyasını dəyişib. Hər iki bacı yeganə övladını itirib.

Anası Şahnaz xanım qızının məzarının şəkilini paylaşaraq ürəksızladan sözlər yazıb: “Çırağım söndü, həyatıma son qoydu. Belim qırıldı, evim yıxıldı. Məni məhv edib getdin. Can balam…”.

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Medalı alındı: pulu da geri alınacaq? – Nazir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: