Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“12 gün qandalı açmadılar və təpik-yumruqla vurdular”

Həbsdə olan JAM.Az saytının baş redaktoru Fikrət Fərəməzoğluna dəhşətli işgəncə verilib.

Bu barədə 24saat.org-a jurnalistin həyat yoldaşı Faiqə İbişzadə məlumat verib. Onun sözlərinə görə neçə gündür Fikrətlə görüşmək istəyirdi: “Amma Fikrət qoymurdu. Deyirdi gəlmə yanıma. Amma dünən xəbər vermədən gedib görüşdüm. Gördüm ki, 2 dişi sınıb. Əvvəl fikirləşdim ki, təcridxanada ediblər. Dedi ki, burada etməyiblər. Sonra o qədər yalvardım ki, niyə belə olub? Dedi ki, 34 gün başından, çənəsindən yumruq dəyən adam belə olmalıdır da. Dedim ki, bəs bədənin niyə səpib, ləkələr nədir? Bildirdi ki, 12 gün məni su üzünə həsrət qoydular. O istidə əllərimi belə yumağa qoymurdular. 12 gün qandalı da qolumdan açmadılar və arxadan başıma təpik-yumruqla vurdular”. Baş redaktorun xanımı qeyd edib ki, gecələr belə qandalı açmırdılar: “Dedi ki, qandalı açandan sonra bir həftə barmaqlarım işləmədi. İz qalmamaq üçün sifətimə yox, başıma vururdular, travma almışam. Orada dişlərimi o qədər qıcıtmışam indi ovulub tökülürlər. Nəzarətçilər və yanındakı məhbuslar mənə dedilər ki, bacı, o gecələr yatanda çığırır, dişlərini qıcıdır. Onun səsindən yata bilmirik. Fikrətə “Bandotdel”də ağır fiziki işgəncələr veriblər. Mən Penitensiar Xidmətin rəisindən xahiş edirəm ki, Fikrəti təcili xəstəxanaya köçürsünlər. Vəkilimiz də həftənin birinci iş günü başından aldığı zədələr və işgəncələrlə bağlı məhkəməyə şikayət ərizəsi verəcək”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Tanınmış ekspert deputatın cavabını verdi

%d bloqqer bunu bəyənir: