Loading...
Loading...

“11 sentyabr mitinqində kütləvilik gözləniləndən də çox olacaq”

Eldəniz Quliyev: “Millət öz taleyinin laqeyd tamaşaçısından, fəal iştirakçısına çevrilməlidir”

Məlum olduğu kimi, Milli Şura 11 sentyabr tarixində aksiya keçirməyə qərar verib.

Maraqlıdır, 11 sentyabr aksiyasında xalqın aktivliyinə, kütləviliyinə şahid olmaq mümkün olacaqmı? Əgər aksiyada xalqın kütləviliyi lazımi səviyyədə olarsa, bu, hakimiyyətin qərarlarına, daxili siyasətinə təsir göstərə bilərmi?

Moderator.az-a açıqlama verən Milli Şuranın Koordinasiya Mərkəzinin rəhbəri, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bildiyiniz kimi, mitinq ən effektli ETİRAZ formalarından biridir. Və bu gün, demək olar ki, əksəriyyət tərəfindən ən çox səslənən, müzakirə olunan, təkrarlanan aktual mövzu da elə ETİRAZdır. Kimi dindirirsən- etiraz edir – hökumətin iqtisadi siyasətinə, qiymətlərin bahalaşmasına, günahsız insanların həbs olunmasına, dindarların səbəbsiz təqiblərinə, demokratik dəyərlərə biganəliyə, hüquq və azadlıqların addım başı pozulmasına və sair və ilaxır. Bütün bunların üstünə qəfil peyda olub gündəmi zəbt edən konstitusiya aktı referendumunu da gəlsək, hazırda cəmiyyət kifayət qədər sinergetik enerji ilə yükləndiyini demək olar… Bu baxımdan, böyük ehtimalla, Mili Şuranın təşkilatçılığı ilə baş tutacaq mitinqinin gözlənildiyindən də kütləvi olacağını proqnozlaşdırmaq olar. Nə vaxtsa bu millət öz taleyinin laqeyd tamaşaçısından, fəal iştirakçısına çevirliməlidi, axı. Əks-təqdirdə, ölkə mütərəqqi inkişafdan, demokratik proseslərdən və inkişafın keyfiyyət meyarlarından məhrum ola bilər… Onu da deyim ki, “demos kratos”, yəni “xalqın hakimiyyəti” anlayışı, sadəcə, gəlişigözəl söz birləşməsi deyil. O ki qaldı mitinqin keçirilməsinin hakimiyyətin daxili siyasətinə təsiri məsələsinə… düşünürəm ki, təsirsiz ötüşməyəcək. İstər beş nəfər olsun, istər əlli,istərsə də əlli min nəfər- ortada etiraz varsa,haqsızlıq varsa, hakimiyyət bundan əndişələnməli və islahatlara alternativ olmadığını dərk etməlidir. Ən azından, hökumət bir həqiqəti anlamalıdır ki, irəliyə baxmamış addım atmaq, geriyə baxmamış söz demək qədər bihudə bir işdir”.

 

Seymur Əliyev

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

”Çörəksiz atanın oğlunu tutanda…”

Loading...
%d bloqqer bunu bəyənir: