Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ikkkkkkkkkkkkkkk

11 gündür suyu qurumayan Binəqədidən reportaj

Bakıya güclü yağış ötən həftənin əvvəlində yağsa da, Binəqədi şossesininbir hissəsi hələ də su altındadır.

Su təkcə magistral yolda deyil, həm də şosse ətrafındakı yaşayış tikililərini də əhatələyib.
Hazırda ərazidə Fövqəladə hallar nazirliyinin işçiləri tərəfindən su çəkilmə prosesi aparılsa da 11 gündür ki, bir çox evlər hələ də üfunətli suyun altındadır, BBC Azərbaycanca müxbiri Günel Səfər xəbər verir.

Sakinlərin çoxu ərazini tərk edib, ya da günün çox hissəsini nasos işlədərək həyətlərini sudan təmizləməklə məşğuldurlar.

Çəkiliş apardığımız hər evdə, bir neçə cüt uzunboğaz çəkmə var. İnsanlar işdən qayıdarkən, yolun sudan qurumuş hissəsində ayaqqablarını dəyişərək uzunboğaz çəkmələri geyinərək yavaş addımlarla evlərinə doğru irəliləyirlər.

Onlar suyun bir az çəkildiyini, ancaq xəstəlik mənbəyi ola biləcəyini da qeyd edirlər.
Ərazidə küçələrin əksəriyyətində geyimlərinin üzərinə FHN yazılmış şəxslər iri nasoslar qoşublar.
Sakinlər bildirir ki, həyətlərə yığılmış su yağış suyu deyil, kanalizasiyanın daşması nəticəsində əmələ gəlmiş su yığınıdır.

Məsələ ilə bağlı Azərsu ASC-dən şərh almaq mümkün olmayıb.
Ancaq qurum sözçüsü Anar Cəbrayıllı ötən həftə Binəqədi rayonunun digər su basmış ərazisi olan Sulutəpə qəsəbəsində yağış sularının qarşısının alınması ilə bağlı şəbəkənin olmadığını və bu səbəbdən, qrurmun yaranmış vəziyyətə cavabdeh olmadığını bildirmişdi.

O əlavə edib ki, hazırda Bakının mərkəzi küçələrin cəmi 15 faizində yağış drenaj sistemi var və “olmayan infrostruktura görə Azərsu məsuliyyət daşımır”.

Bakı ərazisində sentyabrın 28 və oktyabrın 17-də yağan şiddətli yağışlar sellərin, saatlarla davam edən tıxacların yaranmasına və bir çox yaşayış yerlərinin sua altında qalmasına səbəb olub.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Düşmənin cəbhə xəttində fəallaşmasının -SƏBƏBI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: