10 narazı abituriyent apellyasiya şikayəti verdi

18 iyul tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a məlumatverilib.
Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərib.

Qeyd olunan müddət ərzində Komissiyaya 10 müraciət daxil olub. Bütün müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilib. Ekspertlərin izahı  abituriyentlər üçün qaneedici olub və bununla bağlı hər bir abituriyentlə müvafiq akt imzalanıb.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Azərbaycanda konistitusiya dəyişdiriləcək – REFERENDUM

%d bloqqer bunu bəyənir: