Loading...
Loading...

1 saatlıq evlilik: Artıq telefonda da siğə edirlər

“Telegram” adlı mobil mesajlaşma proqramı vasitəsilə siğə nikahı sistemi qurulub.

Xüsusiyyətlərinə görə kateqoriyalara bölünən qadınlarla 2 milyon rial ilə 15 milyon rial (62-410 ABŞ dolları) qarşılığında siğə edilir. İranda islahatçılara yaxınlığıyla bilinən “İbtikar” qəzetinin xəbərinə görə, həmin qruplara üzv olanlar müvəqqəti nikah etmək istədiyi adamı xüsusiyyətlərinə görə siyahılardan seçir. Sonra seçilən adama “mehr” adı altında, qrupun rəhbərlərinə də “məsləhətçi” xidməti qarşılığında müəyyən bir ödəniş edilərək 1 saatdan 99 saatadək nikah edilə bilir.

Qrupa üzv olan kişilər üçün yaş daxil heç bir şərt yoxdur. Müvəqqəti nikah istəyən qadınlar isə qrupa üzv olmaq üçün özləri haqda məlumatlarını və xüsusiyyətlərini ifadə edən bir anket doldurmaq məcburiyyətindədirlər. “İbtikar” qəzetinə danışan bir istifadəçi “Qadınların qürurunu qorumaq üçün şəxsiyyətlə bağlı məlumatları mərkəzdə gizli tutulur və başqa heç bir yerdə qeydə alınmır. Bundan əlavə, qrupda heç bir qadının fotoları da paylaşılmır”,- deyə bildirib.

Qısa müddət əvvəl yaradılan qrupun indiyə qədər 7 min istifadəçisi olduğu deyilir.

Şiəliyin təməl təlimlərindən olmaqla birlikdə şiələrin bir qisminin seçdiyi siğə nikahı qadın və kişinin müəyyən bir müddət və ödəniş (mehr) qarşılığında razılaşaraq başlatdıqları bir evlilik növü olaraq İrandakı mədəni qanuna görə tətbiq olunur.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Türkiyə ilə Suriyanın ticarət əlaqələri bərpa olunur

Loading...
%d bloqqer bunu bəyənir: