1 quşa görə 14 il həbs cəzası aldı


Göyərçinlərin kimə məxsus olması üstündə yaranan mübahisə qətllə nəticələnib
Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsində qətl törətməkdə təqsirli bilinən Qüdrət Kərimovun məhkəməsi başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev ittiham nitqi ilə çıxış edib. Prokuror təqsirləndirilən Qüdrət Kərimovun törətdiyi cinayətin tam sübuta yetirildiyini deyərək, təqsirləndirilən şəxsin 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili Mirzalı Süleymanov çıxışında qeyd edib ki, qətlin baş verməsinə səbəb mərhumun qanunsuz hərəkətləri olub. “Qətl göyərçin üstündə baş verib. Kamran Qüdrəti söyüb, təhqir edib. Bu, normal bir şey deyil. Onun təhqirlərindən sonra belə bir hadisə baş verib. Qüdrətin onu öldürmək niyyəti olmayıb. “Makarov” silahı Qüdrətin mərhum atasından yadigar qalıb. Həmin gün atasına məxsus silahı qisas almaq üçün deyil, Kamran Babayevdən ehtiyat etdiyi üçün üzərində götürüb. Çünki mərhum Kamran dəfələrlə məhkum edilib, qeyri-adekvat şəxs idi. Hadisədən sonra könüllü olaraq Abşeron rayon Polis Şöbəsinə gedərək təslim olub”.
Müşavirədən sonra prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Qüdrət Kərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ili fevralın 2-də Saray qəsəbəsində baş verib. Qüdrət Kərimov 1982-ci il təvəllüdlü Kamran Babayevi Saray qəsəbəsindəki evinin qarşısında “Makarov” markalı odlu silahla vurub. Kamran Babayev fevralın 6-da xəstəxanada vəfat edib.

Məlum olub ki, hadisəyə səbəb göyərçin üstündə yaranan münaqişə olub. Hadisədən bir gün əvvəl göyərçin saxlayan Kamran Babayevlə Qüdrət arasında mübahisə sonradan davaya çevrilib. Göyərçinlərin kimə məxsus olması üstündə yaranan mübahisə qətllə nəticələnib.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Şəhərdə böyük tıxac yaranıb

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: