Now Reading:
1 nəfərin ölümünə görə ölkədə matəm elan olundu
Full Article 40 second read

1 nəfərin ölümünə görə ölkədə matəm elan olundu



Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliya futbolunda 3 günlük matəm elan olunub.

Publika.az xəbər verir ki, yas mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında keçiriləcək. CBF-nin qarşısındakı bayraqlar endiriləcək, qurumun keçirdiyi bütün yarışlar 1 dəqiqəlik sükutla başlanacaq.

Məşhur futbolçulardan Pele keçmiş komanda yoldaşının ölümünə dərindən kədərləndiyini bildirib. O, dostu və qardaşı adlandırdığı Karlos Alberto Torresə Allahdan rəhmət diləyib.

Almaniyalı Frants Bekkenbauer isə “Twitter” səhifəsində mərhumla fotosunu yerləşdirərək, “O, mənə qardaş, ən yaxşı dostlarımdan biri idi. Bu xəbərdən dərin sarsıntı keçirdik”.

Karlos Alberto Torres ötən gün 73 yaşında ürək tutmasından vəfat edib. 1970-ci ilin dünya çempionu 2004-cü il fevralın 14-dən 2015-ci il iyunun 4-dək Azərbaycan yığmasının baş məşqçisi olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: