Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

1 il öncə “YANAN BİNA”ya Kəmaləddin Heydərovun idarəsi YANMAZ RƏYİ VERİB – FAKT

19 May 2015-ci ildə Bakının Binəqədi rayonunda qısa müddətdə alışıb-yanan və bununla da 15 nəfərin həyatına son qoyan hadisəyə səbəb olan binanın fasadında istifadə edilən poliutilin üzlüyə Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qurumdan müəmmalı rəy verilib.

24saat.org bildirir ki, FHN-in verdiyi sənəddə binanın yanma səbəbi kimi göstərilən üzlüyün çətin yanan maddədən hazırlandığı qeyd olunub.

Xatırladırıq ki, hadisə ilə bağlı açılan cinayət işində binanın yanma səbəbi kimi üzlüyün standartlara cavab vermədiyi bildirilmiş, istehsalçı “Global Stane” MMC-in rəhbərləri həbs olunmuşdu.

Maraqlıdır ki, fakt araşdırılan zaman FHN-in verdiyi rəy istintaq qrupu tərəfindən araşdırılmayıb və FHN rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmayıb.

24saat.org saytına danışan məlumatlı mənbənin iddiasına görə, FHN-in “Global Stone” MMC-ə verdiyi bu rəydə “çətin yanan” kimi təqdim olunan üzlük qurum tərəfindən ümumiyyətlə yoxlamayıb. Mənbəmiz heç bir yoxlama aparılmadan bu materiallara hansı əsasla “çətin yanan” rəyinin verildiyini dəqiq bilmədiyini desə də, bu işdə qaranlıq məqamların olduğunu da istisna etməyib.

24saat.org

fhn

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Kərəm Həsənov Ziya Məmmədovun taleyini yaşaya bilər – ƏLAHİDDƏ ÖZƏLLƏŞMƏDƏ ONA ETİMAD YOXDUR

%d bloqqer bunu bəyənir: