Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

0,0031 manat

Sirr deyil ki, devalvasiya dalğalarından sonra Azərbaycan oxucularının ən çox gözlədikləri xəbərlərdən biri də hər axşam təxminən saat 5-də saytlarda dərc olunan dolların sabahkı günə olan məzənnəsidir.

 

Hamı kimi, məzənnənin artıb-azalmasını mən də izləyirəm. Və son günlər qəribə bir qanunauyğunluq aşkar etmişəm. İlk 2-3 gün ərzində bu mənə təsadüf kimi görünürdü, lakin sonradan məlum oldu ki, tendensiya davamlıdır.

Dolların məzənnəsi son günlər ərzində hər gün düz 0,0031 manat artır. Nə az, nə çox. Hətta bu məntiqlə davam edərsə, mən indidən sizə sabah axşam iyulun 25-i üçün elan olunacaq məzənnəni asanlıqla deyə bilərəm. Sadəcə olaraq, bugünkü məzənnənin üstünə 0,0031 manat gəlmək lazımdır. Bu qədər sadə.

Manatın üzən məzənnəyə keçməsi ilə bağlı bəyanat yadımızdadır. Az-çox iqtisadiyyatı bilənlər anlayırlar ki, bazar iqtisadiyyatı şəraitində valyutaların məzənnələri “üzməli” və bazar tərəfindən müəyyənləşməlidir. Azərbaycanda bu bazar hər gün Dövlət Neft Fondunun keçirdiyi hərraclardır. Dolların məzənnəsi də həmin hərracların nəticələrinə görə müəyyənləşir.

Fəqət, son günlər məzənnənin belə sabit şəkildə, ədədi silsilə üzrə yüksəlməsi bir qədər düşünməyə vadar edir – sanki məzənnəni bazar deyil, kimsə hər gün mövcud məzənnənin üstünə başlıqdakı rəqəmi gəlməklə müəyyənləşdirir.

Bu qanunauyğunluğun nə vaxta qədər davam edəcəyi və səbəbi isə çox maraqlıdır.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Türkiyə iqtisadiyyatı çökür – Lirə “öldü”

%d bloqqer bunu bəyənir: