Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

​’Qəbələ’ və ‘Qarabağ’ Avroliqanın ”pley-off” mərhələsində mübarizəyə qoşulur

Bu gün Avropa Liqasının “pley-off” mərhələsində “Qəbələ” və “Qarabağ” ilk oyunlarını keçirəcək.

“Report”un məlumatına görə, “Qarabağ” səfərdə, “Qəbələ” isə Bakıda qələbə qazanmağa çalışacaq.

“Qırmızı-qaralar”ın rəqibi Sloveniyanın “Maribor” klubu olacaq. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Avroliqada ardıcıl olaraq Gürcüstanın “Samtredia” (5:1, 1:2), Macarıstanın MTK (2:1, 2:0) və Fransanın “Lill” klubunu (1:1, 1:0) mübarizədən kənarlaşdırıb. “Qəbələ” “Maribor” səddini keçəcəyi təqdirdə ikinci dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” klubuna məğlub olaraq mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ” isə İsveçdə “Göteborq”un qonağı olacaq. Qurban Qurbanovun komandası cütün qalibi olarsa, “köhlən atlar” ardıcıl üçüncü dəfə qitə turnirində mübarizə aparacaq.

Avropa Liqası, “pley-off” mərhələsi, ilk oyun
21:00. “Qəbələ” – “Maribor” (Sloveniya)
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Vitali Malyutin, Oleq Maslyanko
Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)
Bakı. “Dalğa Arena” stadionu
21:00. “Göteborq” (İsveç) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Pavel Raçkovski
Yan xətt hakimləri: Radoslav Sijka, Mixal Obukoviç
Dördüncü hakim: Tomaş Kvyatkovski (hamısı Polşa)
Hakim-inspektor: Yap Uilenberq (Hollandiya)
UEFA nümayəndəsi: Trefor Lloyd Hyuz (Uels)
Qotenburq, “Gamla Ullevi” stadionu.
Qeyd edək ki, cavab görüşləri bir həftə sonra keçiriləcək.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“Qöteborq” – “Qarabağ”: heyətlər

%d bloqqer bunu bəyənir: