Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
aynur-imran.jpg

Əyilən cəmiyyət – AYNUR İMRAN YAZIR

Papanın səfəri başa çatdı. Bu səfərdən insanların yaddaşında qalan və sosial şəbəkələrdə ən çox müzakirə edilən ikiqat əyilmiş tərcüməçi oldu. Niyə bu qədər qəribsənildi, anlamadım.  Məyər bütün rayon səfərlərində icra başçıları İlham Əliyevin qarşısında eyni pozada dayanmırlarmı?! 

O  tərcüməçini tanıyıram, tələbə yoldaşım olub. Olduqca savadlı və dərrakəli oğlan idi. İnstitutu bitirəndə artıq 6-7 dil bilirdi. Eşitdiyimə görə xaricdə doktorluq da müdafiə edib. Bildiyi dil sayısını da xeyli artırıb. Əslində o görüntülərdən sonra düşündüm ki, biz neçə illərdir “oxuyun, oxuyun” deyirik. Demək ki, oxumaq da yetərli deyil. Bizim cəmiyyət şəxsiyyət yetişdirə bilmir artıq. Qorxu hissini uşaqlarımıza kiçik yaşlarından aşılayırıq. Evdə valideyindən, məktəbdə müəllimdən çəkinən uşağın, böyüyəndə güc və hakimiyyət təmsilçisinin qarşısında ikiqat əyilməsi normal deyilmi?! Hər şey var, savad, tərbiyə, mədəniyyət, bacarıq, amma şəxsiyyət yoxdur. Özünəhörmət, vicdan, ədalət hissləri, yaşadığın cəmiyyətə görə məsuliyyət, dövlətin və millətin gələcəyinə görə cavabdehlik hissləri isə birbaşa şəxsiyyətə bağlı məsələdir.

Və qorxu, ya da yaltaqlıq hissi bütün bunlara qalib gəlirsə, deməli şəxsiyyət formalaşmayıb.  Onurğa sutun yoxdur. Təsəvvür edin gözəl binadır, içi çölü əla təmirli, amma bir küləkdə darmadağın olacaq. Məsələn, özünəhörməti olmayan insanın nə qədər savadlı olması kimin üçün maraqlı ola bilər ki?! Ya da yaltaqlandığı üçün özündən vəzifəli şəxsin qarşısında əyilən birinin neçə dil bilməsi sizdə qibtə hissi yarada bilərmi?! Məndə yaratmaz.  Elə bu səbəbdən də ölkə belə vəziyyətə düşüb. Onurğa yoxdur, şəxsiyyət azdır.

Məsələn, ən güclü hisslərdən biri analıq hissidir. Amma şəhid anası çıxış edir, deyir ki, “Allah prezdentimizə ömür versin, onun canı sağ olsun”. Düşünün övladını itirmiş ananın belə çıxışı necə ikrah doğurur.  Çünki öncəlik mənəvi dəyərlərdə deyil, maddiyatdadır.  Və ya Qarabağdan qaçqın düşən, əzizlərinin qəbri erməni tapdağında qalan şəxs, uşaqlığı, xatirələri, böyüdüyü ev darmadaığın olub, amma o torpaqların qayıtması üçün 20 ildə heç nə eləməyən rejimə bir ev üçün mədh söyləyirsə, o insanın özünəhörməti varmı sizcə?! Sabah bu xislətlə insanlar ölkəni, dövləti, elə bu rejimi də başqa bir işğalçıya satmayacaqmı? Şübhəniz belə olmasın. Ona görə də şəxsiyyət formalaşdırmağa çalışın, bu işin yaşı yoxdur. İnsanların beynini çalışdırmaq, ictimai qınaq təşkil eləmək, gözün açmaq üçün daim onlarla danışmaq lazımdır. İnanın bu onlardan çox, bizim üçün vacibdir, bu ölkənin gələcyindən narahat olanlar üçün…

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Cahangir Hacıyevin fırıldaqçı şirkəti niyə bağlanır? – Təfsilat

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: