Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Əvvəl katibə, loborant, sonra müəllim…

Bir müddət öncə işə qəbul imtahanı verən müəllimlərin narazılıqlarını gündəmə gətirmişdik. Ölkənin müxtəlif bölgələrindən şikayət edən vətəndaşlar imtahanda yüksək bal toplamalarına baxmayaraq işsiz qaldıqlarından şikayət edirdilər. Onların sözlərinə görə, rayonlarda və şəhərlər məktəblərdəki vakansiyalar direktorlar tərəfindən gizlədilərək Təhsil Nazirliyinə təqdim edilmir. Nəticədə həmin yerlər pulla başqalarına, hətta qeyri-ixtisas müəllimlərinə satılır.
Bizimyol.info müəllimlərlə əlaqə saxlayıb problemlərini gündəmə gətirmişdi. Təhsil Nazirliyindən də məsələnin araşdırıldığı, gizlədilən vakansiyalarla bağlı faktları naziliyə təqdim etmələrini tövsiyyə etmişdi.
Məsələni gündəmə gətirməyimiz öz töhfəsini verib, nazirlik müəyyən ərazilərdə gizlədilmiş vakansiyaları aşkarlayaraq siyahıya əlavə etmişdi.
Yenidən Bizimyol.info-ya müraciət edən müəllimlər yüksək bal toplamalarına baxmayaraq işsiz qaldıqlarını bildiriblər. Onlar bildiriblər ki, vakansiyalardan keçdi heç olmasa 1 illik müqavilə yerini yüksək nəticəli müəllimlərə versinlər: “Artıq 2016-2017-ci tədris ili başlayır. Namizədlər topladıqları balın – çəkdikləri əziyyətin müqabilində heç olmasa müddətli müqavilə yeri yaranarsa işə qəbul olmaq üçün rayon təhsil şöbələrinə  müraciət edir, ancaq ərizələr qəbul edilmir. Bildirilir ki, müqavilə yeri yaranarsa, namizəd Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu imtahanında hər rayon üzrə ən yüksək nəticə göstərmiş namizədlər arasından seçiləcək. Təki belə olsun. Amma… Fakt odur ki, keçən il keçid balını keçməsə də, müqavilə yerinə işləyən müəllimlər bu il də keçid balını keçmədiklərinə və həmin rayonda isə keçid balını keçən kifayət qədər müəllim olmasına baxmayaraq onlar yeni tədris ilində işə çıxmağa hazırlaşır, indidən keçəcəkləri dərs saatını müəyyənləşdirirlər”.
Bizimyol.info-ya müraciət ünvanlayan müəllimlər Təhsil Nazirliyindən məktəblərdə lobarant, katibə  kitabxanaçı kimi işə düzəlib həm də müəllim işləyən şəxslərin sinfə girib dərs keçməsinin qarşısını alınmasını xahiş edirlər: “Bilirik  ki, onların əksəriyytəinin məqsədi lobarant, kitabxanaçı işləmək deyil, vakansiya tuta bilməyəcəklərini bildikləri üçün özlərinin təbirincə desək, “əsas bir məktəbdə iļişməkdir, ilişəndən sonrası asandır” fikri ilə o işə qəbul olublar. Artıq tədris ili başladığına və bir müddət sonra dərslər bölünəcəyinə görə hər birinizdən xahiş edirik, bu yolla müəllim işləyənlər haqqında tədbir görülsün. 80 faizdən artıq nəticə göstərən namizədlər ya yaşadığı ərazidə vakansiya tapmır, ya da müsahibə mərhələsində peşəkarlıq kompetasiyaları uyğun gəlmədiyi üçün vakant yeri tutmaq hüququndan məhrum edilir. Aşağı nəticə göstərən namizədlər isə aşağı nəticəsi azmış kimi heç peşəkarlıq kompetasiyaları da yoxlanılmadan şəhər mərkəzində hər il müqaviləsini yeniləyərək işləyə bilirsə, biz bu imtahandan nəyə ümid edək, nə üçün çalışaq?”-deyə şikayətdə bildirlir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Keçmiş nazir kasıbladı, “Sheraton” otelinin tikintisini yarımçıq saxladı

%d bloqqer bunu bəyənir: