Loading...
Loading...

Ətin yanında bu şirə mütləq olsun

Ət yeməyi sevənlərə mütəxəssislərin önəmli bir tövsiyəsi var. 24saat.org lent.az-a istinadən bildirir ki, mütəxəssislər ət xörəklərini bir stəkan portağal suyu ilə yeməyi məsləhət görür. Deyilənə görə, ət C vitamini ilə birlikdə yeyildikdə tərkibindəki vitamin və minerallar bədən tərəfindən daha çox qəbul edilir.

Ət yaxşı, keyfiyyətli protein qaynağı olmaqla yanaşı tərkibində dəmir, B12 və sink olduğu üçün insan qidalanmasında mühüm ye tutur. Qırmız ət portağal kimi C vitamini ilə zəngin içkilərlə birgə yeyildiyində tərkibində olan faydalı qida dəyərlərinin bədəndə istifadəsi artır. Buna görə ət yeməklərinin yanında 1 stəkan portağal suyu içilməsi tövsiyə edilir.

Bundan başqa, ətin tərkibində olan amin turşularından tirozin və triptofanın mübadiləsi üçün də C vitamini lazımdır.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Saçları sürətlə uzadan 7 ÜSUL

Loading...
%d bloqqer bunu bəyənir: