Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğanın Putinə məktubuna ilk cavab Matviyenkodan gəldi

Rusiyadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubuna reaksiya verilib.

ANS PRESS-in məlumatına görə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ərdoğanın üzürxahalıq məktubunu şərh edib.

O deyib ki, bu məktub Ankara-Moskva münasibətlərinin düzəlməsi üçün təməl ola bilər. “Üzr gecikmiş olsa da heç olmamasından daha yaxşıdır. Zaman içərisində qarşılıqlı əlaqələrimiz müəyyən neqativ təsirlərə məruz qaldı, keçmişdəki inam itirildi. Yenə də bu məktub iki ölkə arasında bağların yenidən bərpası üçün əsas ola bilər”.

Matviyenko Vladimir Putinin təyyarə böhranından sonra yaşanan vəziyyətin Rusiyanın türk xalqına olan dostluq duyğularına təsir etmədiyi barədə dediklərini xatırladıb: “Baş verən hadisənin fərqinə varılıb. Bunun üçün də məktubu ancaq müsbət qarşılaya bilərik”.

Ötən gün Türkiyə prezidentinin Rusiya liderinə göndərdiyi məktub bütün dünyanın baş xəbərinə çevrilib. R.T.Ərdoğan V.Putinə göndərdiyi məktubda ötən ilin noyabr ayınsa Suriya ilə sərhəddə Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüfləndiyini deyib.

Məktubda Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olması üçün çağırış da edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Prezident nazirin hərbi xidmətin ləğvi qərarına etiraz etdi

%d bloqqer bunu bəyənir: