Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
erdqoan

Ərdoğanın miqrant şantajı yunanları qorxuya saldı

Türkiyə hər gün 3 minə yaxın mirqantı Yunanıstana göndərməyə hazırlaşır.

Axar.az “Tayms”a istinadən xəbər verir ki, rəsmi Ankara yaxın bir neçə həftə ərzində miqrantların Yunanıstana keçməsi üçün şərait yaradacaq.

Qəzetin yunan kəşfiyyat məlumatına söykənən xəbərində Afinanın çarəsiz vəziyyətə düşdüyü bildirilib.

Yunan kəşfiyyat eksperti Atanassios Drouqas qəzetə açıqlamasında Baş Qərargahın ciddi narahatlıq keçirdiyini qeyd edib:

“Bu günlərdə heç kim cənab Ərdoğanın təxmin edilməz addımlarını nəzərə almır”.

Xatırladaq ki, Avropa Parlamenti ötən həftə Türkiyə ilə AB arasında davam edən müzakirələrin müvəqqəti dondurulması barədə qərar qəbul edib. Qərardan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsləyə bu cür münasibət bildirib:

“Verdiyiniz sözləri yerinə yetirmədiniz. Qapıqüllədə (Türkiyə-Bolqarıstan gömrük qapısı.-red.) 50 min miqrant dayandığı zaman fəryad etdiniz. “Görəsən Türkiyə sərhədləri açarsa, nə edərik”, deməyə başladınız. Baxın, əgər daha da irəli getsəniz, sərhəd qapıları da açılacaq, bunu da biləsiniz”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Metroda şok: Gənc hərəkət edən qatarın önündə tullandı – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: