Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğanın İlham Əliyevdən bunu xaiş edib… – TÜRKİYƏ MEDİASI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir və İsrailin ardınca Rusiya ilə pozulmuş münasibətləri qaydaya salmağa çalşır. Virtualaz.org xəbər verir ki, Türkiyədə nəşr olunan “Bir gün” qəzetinin yazdığın görə Ərdoğan Putinlə münasibətlərin düzəldilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevdən və Belarus prezidenti Aleksandr Lukaşenkodan vasitəçilik etməyi xahiş edib.

Qəzetin yazdığına görə Avropa İttifaqı ilə münasibətləri korlanan, ABŞ-la münasibətləri soyuyan Ərdoğan Rusiya ilə münasibətlərdəki gərginliyin aradan qaldırılması üçün çalışır. “Ərdoğanın iki ölkə arasında vasitəçi olmaq üçün Azərbaycan lideri İlham Əliyev və Belarus lideri Aleksandr Lukaşenkonun vasitəçiliyindən istifadə edir. Mübahisəli ABŞ səfərini yarımçıq dayandırmalı olan Ərdoğan Kremllə yaxşı münasibətləri olan hər iki liderdən bununla bağlı “özəl xahiş” etdiyi bildirilir”-qəzet yazır.

Xatırladaq ki, Azərbaycan Rusiya ilə Türkiyə arasında münasibətlərin korlanmasından ən çox narahat olan ölkədir. Su-24 təyyarəsinin vurulmasından sonra başlayan bu gərginliyin aradan qaldırılması üçün Azərbaycan prezidenti İlham Əliyev vasitəçilik etməyə hazır olduğunu lap əvvəldən ifadə edib.

Ərdoğan son vaxtlar təyyarə insidentini yumşaltmağ çalışır və həmin hadisənin Rusiyanın Türkiyənin hava sahəsinə müdaxiləsinin nəticəsi deyil, “pilot səhvi” nəticəsində baş verdiyini deyir. Boksçu Məhəmməd Əlinin dəfn mərasimi üçün ABŞ-a gedən, lakin bir sıra xoşagəlməz sürprizlərlə üzləşərək yarımçıq geri qayıdan Ərdoğan təyyarədə jurnalistlərə açıqlamasında deyib ki, Rusiya ilə münasibətlərin düzələcəyinə hələ də inanır. “Arzu edirəm ki, ikitərəfli münasibətlərimiz qısa zamanda qaydasına düşsün, əvvəlki günlərimizə dönək”-Ərdoğan deyib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Ermənistanda 3 yüksək rütbəli məmur tutuldu

%d bloqqer bunu bəyənir: