Loading...
Loading...

“Ərdoğanın açıqlaması təxribatdan başqa bir şey deyil”

 

Elxan Mehdiyev: “Onun bu cür bəyanatları xaricdə Türkiyəyə qarşı xoş olmayan fikir formalaşdırır”

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Təhlükəsizlik Şurası haqqında kəskin ittihamlar səsləndirib. Belə ki, Türkiyə prezidenti Təhlükəsizlik Şurasında heç bir müsəlman dövlətinin təmsil edilmədiyinə işarə edərək, Təhlükəsizlik Şurasını “xristian şurası” adlandırıb.

Maraqlıdır, Təhlükəsizlik Şurasında Türkiyə, Pakistan və ya hər hansı digər bir müsəlman dövlətinin təmsilçiliyi islam dünyasının mənafeyi baxımından ciddi mənada nəyisə dəyişə bilərmi?

Bununla bağlı 24saat.org-a açıqlama verən konfiliktoloq Elxan Mehdiyev Ərdoğanın bu açıqlamasını məntiqdən uzaq, təxribatçı fikir kimi dəyərləndirib:

“Ərdoğanın bu cür danışığı təxribatdan başqa bir şey deyil. BMT-nin Təhlükəsizlik Şurasında 5 dövlətin təmsilçiliyinə səbəb II Dünya müharibəsindən sonra meydana gələn situasiya, bu situasiyanın nəticəsdir. Bu mühaibədən sonra dünya arenasına daha iki nəhəng dövlət çıxıb ki, bunlar Almaniya və Yaponiyadır. Almaniya və Yaponiya belə bir iddia ortaya qoymadığı halda Ərdoğanın bu cür iddia ilə çıxış etməsi hansı məntiqə uyğundur? Hindistan kimi böyük bir dövlət belə bu cür tələb ortaya qoymur. Ərdoğan özündə hansı güc görür ki, belə bir fikir səsləndirir? O, əməksevər, inkişaf yolunu tutan Türkiyəni terror yuvasına gətirib çıxartdı.

Ərdoğanın bu cür bəyanatları xaricdə Türkiyəyə qarşı xoş olmayan fikir formalaşdırır. Doğrudur, artıq hamı Ərdoğanı Türkiyədən ayırır. Amma istənilən halda o, Türkiyənin başında dayanan şəxsdir”.

 

Seymur Əliyev

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bakını və Azərbaycanı qoruyan sirli silah

%d bloqqer bunu bəyənir: