Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğandan şok: “Rusiya ilə bu işi bitirməliyik”

Suriya münaqişəsilə bağlı Rusiya ilə birgə addım atmaqla, bu işi həll etməliyik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TASS və Rusiya-24 kanalına ortaq müsahibəsində bildirib.

“Bunu çox açıq və dəqiq deməyim lazımdır. Suriyaya sülhü gətirmək ərəfəsində artıq ən əhəmiyyətli addım, ən önəmli aktyor birinci dərəcədə Rusiya Federasiyasıdır. Burada Rusiya və Türkiyə birlikdə addım ataraq, bu işi həll etməlidir”, – Ərdoğan vurğulayıb.

Ərdoğan Putin ilə keçirəcəyi görüşdə gündəmə gələcək məsələlər və Türkiyə tərəfinin gözləntiləri ilə bağlı sualı belə cavablandırıb:

“Şanssız bir şəkildə təyyarənin vurulmasından sonra 8 ay keçdi. Bu müddət ərzində bir çox münasibətlərimiz davam etdi. Ancaq bizim Rusiya-Türkiyə münasibətlərində də iqtisadi sahədə 100 milyard dollarlıq bir hədəfimiz var idi, əlbəttə burada əngəl yarandı. Bəzi iri layihələrimiz axsamağa başladı, “Akkuyu” layihəsi kimi. İnanıram ki, Rusiya-Türkiyə münasibətlərində yeni bir səhifə açılacaq. Bu yeni səhifənin içərisində istər siyasi, istər hərbi, istər iqtisadi, istər ticari, istərsə də bütün sahələri əhatə edəcək və regionda iki mühüm ölkə kimi də görəcəyimiz bir çox şeylərin olduğuna inanıram və bu inamla da Rusiya səyahətini həyata keçirəcəyik. Bu məsələdə heç bir tərəddüdüm yoxdur, cənab Putin də, mən də buna görə hazırlıqlar görmüşük”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

İran Azərbaycana yeni səfir göndərdi

%d bloqqer bunu bəyənir: