Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğandan Merkelə “erməni soyqırımı” xəbərdarlığı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefon əlaqəsi saxlayıb. ANS PRESS-in məlumatına görə, prezident telefon danışığı zamanı Angela Merkelə iyunun 2-də Almaniya parlamentində səsverməyə qoyulacaq qondarma erməni soyqırımı haqqında qanun layihəsi ilə bağlı narahatlığını bildirib.

Türkiyyənin bu hadisə ilə bağlı həssaslığına diqqət çəkən Ərdoğan “Almaniyadan məsələyə ağıllı yanaşma gözləyirik” – deyə Merkelə xəbərdarlıq edib.

Uqandaya səfər edərkən hava limanında sulları cavablandıran Rəcəb Tayyib Ərdoğan Almaniyada baş tutacaq qondarma erməni soyqırımı haqqında qanun layihəsinin parlamentdə səs verməyə çıxarılması ilə bağlı Merkelə zəng vurduğunu söyləyib. Merkel, “məsələ ilə bağlı əlmizdən gələni edəcəyik” – deyə prezidentə bildirib.

“Bu qanun qəbul olunarsa iki ölkə arsında ticarət, iqtisadi, siyası münasibətlər zədələnər. Düşünürəm ki, bunların hamsı nəzərə alınacaq. İndi qəbul olunmamış qərarı dəyərləndirməyin bir mənası yoxdur” – deyə prezident sualları cavablandırarkən söyləyib.

Angela Merkel - Almaniya kansleri

Angela Merkel – Almaniya kansleri

Ötən ilin oktyabrında qondarma erməni soyqırımının Bundestaqda müzakirəsi təxirə salınmışdı. Bu ilin fevral ayında isə Yaşıllar partiyası tərəfindən Almaniya parlamentinin müzakirəsinə təqdim edilən qondarma soyqırım qətnaməsi natamam olduğu üçün geri qaytarılmışdı.

Erməni soyqırımı iddiaları 1965-ci ildən– yəni “soyqırım” ifadəsi gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.

1915-ci il, aprelin24-də Osmanlı İmperiyasının onlara qarşı soyqırım həyata keçirdiyini iddia edən ermənilər, təəssüflər olsun ki, öz yalanlarına  bir sıra ölkələri də inandıra biliblər. Yüz illər boyunca bu istiqamətdə “mübarizə” aparan ermənilər başda Birləşmiş Ştatların 30-dan artıq ştatı olmaqla Avropanın 20-yə yaхın ölkəsində qondarma soyqırımın tanıdılmasına nail olublar.

Maraqlısı isə odur ki, uydurma soyqırımı tanıyan həmin ölkələrin tariхi arхivlərində ermənilərin əsl simaları, onların tariхi saхtalaşdırdıqları barədə kifayət qədər dəlil sübutlar var. Həmin tariхi faktlar bu günün özündə də qorunub saхlanır.

Tariхi materiallar bir daha təsdiqləyir ki, türklər tərəfindən soyqırıma məruz qaldıqlarını iddia edən ermənilər əslində özləri azərbaycanlılar və türklərə qarşı deportasiya və soyqırım həyata keçirib, хalqımızın başına olmazın müsibətlər gətiriblər. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən dəhşətli soyqırımlar ХХ əsrin əvvəlləri və sonlarına təsadüf edib. Bu soyqırımlar içərisində özünün vəhşiliyi, insanlığa sığmayan cinayətləri ilə seçilənləri isə 1918-ci il, 31 mart soyqırımı və 1992-ci il, Хocalı soyqırımı olub.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

ABŞ-dan Polşa və Fransada terror – Xəbərdarlığı

%d bloqqer bunu bəyənir: