Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğandan Azərbaycanın bank “akula”larına ibrətamiz çağırış – Bu, zülmdür, zülm…

24saat/org xəbər verir ki, yorulmaq bilməyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir tərəfdən 15 iyul çevriliş cəhdinin nəticələrinin aradan qaldırılması üçün gecə-gündüz çalışmalarını davam etdirir, digər tərəfdən yerli və beynəlxalq mediaya baş verənlərlə bağlı geniş müsahibələr verir, bununla da kifayətlənməyərək çeşidli görüşlər, toplantılarda saatlarca çıxış edir, ilginc açıqlamalarda bulunur. 

Bunlardan biri də bu gün prezident sarayında – Külliyədə yaşanıb. Türkiyə Odalar və Borsalar başqanları ilə keçirilən toplantıda Türkiyə prezidenti çevriliş cəhdindən sonra ölkənin dimdik ayaqda durduğunu və dünyanı şoka salan sağlam iqtisadiyyata sahib olduqlarını bir daha qeyd edərək ölkənin bank sistemi rəhbərlərinə ibrətamiz şağırışda bulunub.
O bu gün Türkiyədəki mövcud (7-9 faiz) kredit faizlərinə etiraz edərək “Bu zülmdür, zülm” deyə səslənib, Yaponiyada, Amerika və Avropadakı cüzi kredit faizlərini misal çəkərək xainlərə göstərdiyi misilsiz dirənişə görə alnından öpüləsi bu millət və vətəndaşa qarşı daha minnətdar yanaşma sərgilənməsini təklif edib. Onun bu təklifi salonda sürəkli alqışlarla qarşılanıb və gözləmək olar ki, ölkənin dövlət və özəl bank rəhbərləri Ərdoğanın bu çağırışına faizləri daha da aşağı salmaqla səs vermiş olacaqlar.
Onun bu çağırışını həm də Azərbaycanda yumurtadan yun qırxan və vətəndaşına zülm edən bank rəhbərlərinə də şamil etmək olar. Görəsən, millətin anasını ağlar qoyan, milyonlarla vətəndaşın həyatı ilə qumar oynayan bu bank bossları Ərdoğanın bu çağırışından vicdan əzabı, xəcalət çəkdilərmi? Axı Azərbaycandakı bank faizləri Türkiyədəkindən ən azı 2,5 – 3 dəfə çoxdur, amma dəhşət doğuran bu rəqəm bank sisteminə lövbərini atmış “akula”ların umrunda deyil..

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Ramil Usubov Daşkəsənə yeni rəis göndərdi

%d bloqqer bunu bəyənir: