Loading...
Loading...

Ərdoğandan Avropaya terror mesajı

“Avropa ilə viza məsələsi ətrafında razılaşmanın qüvvəyə minməsini arzu edirik. Çünki Türkiyə Avropanın qapısında 50 ildir ki, gözləyir. Arzu edirik ki, gözləmələrlə bağlı yorğunluğumuz bir az da olsa aradan qalxar”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 may “Avropa Günü” ilə bağlı təbrik mesajında deyib.

O bildirib ki, Türkiyə Avropa İttifaqının terrorla mübarizə məsələsində daha konkret bir mövqe ortaya qoymasının lazım olduğunu düşünür.

“Suriya, İraq və digər münaqişə bölgələrində yaşanan miqrant böhranı ilə bağlı konkret bir mövqe ortaya qoymaq çox əhəmiyyətlidir. Türkiyə ilk gündən etibarən bu imtahan qarşısında böyük məsuliyyət götürüb. Bunu beynəlxalq birlik üçün edib. Arzu edirik ki, Avropada miqrantlara qarşı ayrı-seçkiliyə son qoyulacaq, terrorla bağlı mövqe açıqlanacaq və islamafobiya aradan qaldırılacaq”.

Ərdoğan deyib ki, Türkiyənin ən böyük hədəfi Avropa İttifaqına üzvlükdür: “Avropa Birliyinə daxil olmaq bizim strateji hədəfimizdir”.

Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

Bundan əvvəl Əroğan Avropa ölkələrinə qarşı kəskin tənqidi fikirlər səsləndirmişdi. O, Avropaya vizasız gediş-gəliş əvəzində anti-terror qanunlarına dəyişiklik etməyəcəyini demişdi.

Ərdoğan bildirib ki, onun ölkəsi terrorçuluğa qarşı qanunları dəyişdirmək niyyətində deyil. “Biz öz yolumuzla gedirik, sən öz yolununla get. Kiminlə anlaşa bilirsən, get onunla anlaş”, – deyə Ərdoğan bildirib.

Viza rejiminin aradan qaldırılmasına əvəz olaraq Ankara miqrantları qəbul etməyə söz verib. Aİ ilə Türkiyə arasındakı razılaşmaya əsasən, martın 20-dən etibarən Yunanıstana qanunsuz gəlmiş miqrantlar sığınacaq üçün müraciət etmirlərsə və ya müraciətləri rədd edilirsə, onlar Türkiyəyə geri göndərilməlidir. Türkiyəyə qayıdan hər bir suriyalı mühacir üçün Aİ sığınacaq ərizəsi ilə müraciət etmiş daha bir suriyalını qəbul etməlidir. Aİ və Türkiyə arasında imzalanmış sazişdə bildirilir ki, vizanın iyunun sonunadək ləğv edilməsi üçün Ankara mayın 4-dək 72 şərti yerinə yetirməlidir.

Aİ Türkiyənin öz qanunlarında terrorizm anlayışının şamil olunma sahəsini azaltmasını istəyir. Bu, Aİ-nın irəli sürdüyü 5 kriteriyadan biridir və yalnız onların qəbul olunmasından sonra vizasız gediş-gəlişin tətbiqinin mümkün olacağı bildirilir. Ərdoğan anti-terrorçuluq qanunları ilə bağlı dəyişikliklər təklifini rədd edərək bildirib ki, Türkiyə ciddi terror təhlükəsi altındadır.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İran polisi miqrantları atəşə tutdu – Ölənlər var

Loading...
%d bloqqer bunu bəyənir: