Loading...
Loading...

Ərdoğan xalqa səsləndi: “Gəlin bu evləri dağıdaq ki,..”

Bu əcaib tikintilərlə təəssüf ki, İstanbulumuzun o gözəlliyinə qarşı səhv etdik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

İstanbulda Gümüşdağ Məscidinin açılış mərasimində iştirak edən Ərdoğan “İstanbul üçün hamımız birlikdə əlimizdən gələni edəcəyik, amma İstanbula qarşı çox səhvlər etmişik”, – deyib.

“Baxın, indi bir çox yerlərdə deyirik ki, şəhərlə əlaqədar dəyişiklik edək. Deyirlər ki, yox, etməyin, eləməyin. Gəlin, bunu keçirək. Deyir, mənim burada 6 mərtəbə evim var. Mənim 6 uşağım var. Mən artıq uşağın olmasın demirəm. Amma bax, o biri tərəfdə də bir mərtəbə olan ev var. Buraları bir qaydaya salaq. Yenidənqurma planlaşdırmaları çərçivəsində dəyişiklik edək. Allah göstərməsin, bir yanğın olduğu zaman yanğınsöndürmə maşını gələ bilmir. Belə səhvlər var. Allah göstərməsin, bir zəlzələ olsa, o zəlzələyə dözümlü olmayan binalar var. Bunları indidən dağıdaq ki, zəlzələyə davamlı binalar olsun. Amma təəssüf ki, bu məsələdə bir müqavimətlə qarşılaşırıq. Gəlin, bizə yardımçı olun, bu şəhərlə əlaqədar dəyişiklikləri edək. Mən prezidentiniz kimi bunu deyirəm. Dost acı söyləyər, ancaq həqiqəti söyləyər. İstəyirəm ki, canımız yanmadan bunları belə edək. Bu addımları ataq. İstanbulumuzun gözəlliyinə kölgə salmayaq”, – Ərdoğan qeyd edib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

ABŞ 5-ci nəsil F-35-ləri havaya qaldırdı

%d bloqqer bunu bəyənir: