Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Ərdoğan və digər AKP başbilənlərinin Gülənlə yaxın ilişkilərindən xəbərim var”

“Həbs olunan zabitlərin, əsgərlərin Fətullah Gülənlə əlaqəsi varmı, bilmirəm. Amma Ərdoğan və digər AKP başbilənlərinin Gülənlə yaxın ilişkilərindən xəbərim var. Amerikaya, Pensilvaniyaya qədər gedib hocaəfəndi dedikləri Fətullahın ətəyini öpmək şərəfinə nail olmaq üçün növbəyə duran AKP rəhbərlərinin siyahısını burada yazsam, Rize-Güneysunun Dumankaya köyünə qədər yol olar”.

24saat.org-un məlumatına görə, bu fikirləri jurnalist, siyasi icmalçı Şahin Cəfərli səsləndirib. Analitikin sözlərinə görə, orduya qarşı başlanan yeni repressiya dalğasında yenə PKK-ya qarşı mübarizənın önündə gedən komandirlərin hədəf alındığı görsənir:

“Bolu kommando diviziyasının komandanı, 4 il prezident Gülün yavəri olmuş İsmayıl Güneşer paşanı ön xətdə, Şəmdinlidə qulaqlayıb gətiriblər. Yaxşı, bu köpəyoğlu qiyam etmişdisə, tabeçiliyində kommando birlikləri olduğu halda, 10-15 polisə niyə quzu kimi təslim olurdu?
AKP-yə dəstək verən HDP-nin sözçüsünün dünən TBMM-də çıxışı diqqətimi çəkdi. Üzünü AKP-illərə tutub dedi ki, “son aylar güney-doğuda şəhər və qəsəbələri bombalayanlar da (PKK ilə döyüşlər zamanı) məhz bu darbecilər idi, biz sizə xəbərdarlıq edirdik, inanmırdınız”.

Ş.Cəfərli hesab edir ki, bu çıxış Ərdoğana pas atmaqdır: “Çıxıb bu işlərdən xəbəri olmadığını söyləyərək həmin əməliyyatlara görə məsuliyyəti əməliyyatları idarə edən 2-ci ordunun komandanı Adəm paşa və digər generalların boynuna qoysun, “çözüm sürəci”ni bərpa etsin.
Görəcəksiniz, bu işin də sonu “Ergenekon”a bənzər şəkildə nəticələnəcək. Ərdoğan bir neçə il sonra çıxıb deyəcək ki, bir çox şey mənim iradəm xaricində gerçəkləşib. Lakin bu müddətdə ordu və dövlət daha da zəifləyəcək, regionda bütün mövqelərini əldən verəcək.

Sabah Suriyada kürd dövləti qurulanda, Amerika İraq hava məkanını qapadaraq PKK-ya qarşı əməliyyatlara izin verməyəndə Ərdoğanın bağırtısının heç bir faydası olmayacaq”.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ərdoğanın sekretarı onu girov götürən hərbçilərlə belə davrandı – VİDEO

%d bloqqer bunu bəyənir: