Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğan: “Türkiyə AB-yə görə referenduma gedə bilər”

İngiltərə kimi ictimaiyyətin fikrini öyrənərik. Xalqımızdan “Avropa Birliyi ilə müzakirələrə davammı, yoxsa tamammı?”, – deyə soruşarıq. Referendum keçirdərik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AB-yə üzvlüklə bağlı aparılan müzakirələrə münasibət bildirərkən deyib.

“İngiltərə Baş naziri Devid Kemeron Türkiyənin 3000-ci ildən tez AB-yə üzv olmayacağını söyləyir. Lakin görüşdüyümüzdə Kemeron belə demirdi. Sabah İngiltərədə ölkənin AB-də qalıb-qalmaması ilə bağlı referendum keçiriləcək. Mən indidən deyə bilərəm ki, İngiltərə AB-dən çıxmayacaq. Türk xalqı müsəlman olduğu üçün AB-yə qəbul edilmir. Lazım gələrsə, üzvlük məsələsi ilə biz də referendum keçirə bilərik”, – Ərdoğan bildirib.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı oğurlanıb

%d bloqqer bunu bəyənir: