Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğan: “Rusiya Türkiyəni bir pilota fəda etdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin iki ölkə arasındakı münasibətlərin nizama salınması ilə bağlı verdiyi açıqlamaya cavab verib.

ANS PRESS-in məlumatına görə, Putin bildirmişdi ki, Moskva Türkiyə-Rusiya münasibətlərinin nizama salınmasını istəyir, amma ilk addımı Ankara atmalıdır.

Bu gün isə Ərdoğan Putinə cavab verib ki, Moskva Ankaradan hansı ilk addımı gözləyir?: “Bunu başa düşməkdə çətinlik çəkirəm. Biz Türkiyə olaraq günahkar stolunda oturan ölkə deyilik. Rusiya ilə münasibətləri pozmaq istəyən də biz deyilik.”.

Ərdoğan bildirib ki, Rusiya səhv edən bir pilota görə Türkiyə fəda etdi.

“Qaldı ki, cənab Putin ilə bizim münasibətlərimizə, həqiqətən də əlaqələrimiz iki yaxşı dost nöqtəsində ikən bir pilotun etdiyi səhvə və ya bir yanlış səbəbə görə nəhəng Türkiyənin fəda edilməsi çox düşündürücüdür. Biz Rusiya ilə münasibətləri yenidən inkişaf etdirməyə, yenidən fərqli bir səviyyəyə çatdırmağa çalışmalıyıq və Türkiyə ilə Rusiya son 10 ildə atılan addımları atmağa davam edər”, – Ərdoğan bildirib.

Rusiya Prezidenti Vladimir Putin Yunanıstanda açıqlama verərkən

Rusiya Prezidenti Vladimir Putin Yunanıstanda açıqlama verərkən

Mayın 28-də Putin Yunanıstanda səfərdə olarkən Ankara ilə münasibətlərdən danışıb. O bildirib ki, bəyanatlar səsləndirilsə də Ankara tərəfindən konkret addımlar atılmayıb. “Moskva Su-24 qırıcısının vurulması ilə bağlı Ankaradan konkret addımlar gözləyir. Amma hələ bu addımlar yoxdur. Münasibətləri biz yox, onlar pozub”.

Putinin sözlərinə görə, Rusiya daha öncə Türkiyə ilə olan əlaqələrə böyük önəm verirdi: “Mən hələ də başa düşmürəm ki, Türkiyə niyə bu münasibətləri pozdu”. Onun sözlərinə görə, Rusiya Türkiyə ilə müxtəlif kanallar üzərində əlaqələri davam etdirir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Putinin kitabı çıxdı – TƏQDİMAT MƏRASİMİ OLACAQ

%d bloqqer bunu bəyənir: