Loading...
Loading...

Ərdoğan qanunsuz həbslərə haqq qazandırdı: “ABŞ bizə minnətdar olmalıdır”

ABŞ hərbi çevrilişə cəhddə əlaqəsi olan Fətullah Güləni dəstəkləmək əvəzinə, demokratiyanı müdafiə etdiyinə görə Türkiyəyə minnətdar olmalıdır.

Trend-in verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının generealı Cozef Votelin qiyamçı türk generalların “Birləşmiş Ştatların dostları” olması barədə bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, xalq Gülən hərəkatının Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş fitnələrini unutmayacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İrəvanda atışma gedir – Yaralanan var

%d bloqqer bunu bəyənir: