Loading...
Loading...

Ərdoğan Putinə məktub yazdı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərib.

Türkiyə liderinin məktubunun mətnini RİA Novosti agentliyi yayıb.

Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.

“Çox hörmətli cənab Prezident! Türkiyə xalqı adından Sizin simanızda bütün rusiyalıları Rusiya Günü münasibəti ilə təbrik edirəm. Eləcə də, Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıram”, – deyə Türkiyə prezidentinin təbrik məktubunda qeyd olunub.

Türkiyənin baş naziri Binali Yıldırımın da rusiyalı həmkarı Dmitri Medvedevə təbrik məktubu göndərib.

Məktubda Türkiyə baş nazirinin yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin və əməkdaşlığın xalqların ümumi marağı üçün vacib olduğu səviyyəyə çatacağını arzuladığı qeyd olunur.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Türkiyədə növbəti terror aktı – 6 POLİS YARALANDI

Loading...
%d bloqqer bunu bəyənir: