Loading...
Loading...

Ərdoğan Nazarbayevə zəng elədi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı iki ölkə arasındakı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

“Söhbət zamanı iki ölkə lideri iqtisadi-ticarət və investisiya sahələrində əməkdaşlığın sürətləndirilməsini müzakirə ediblər”, – deyə məlumatda bildirilib. Ərdoğan etibarlı dialoqun və ikitərəfli münasibətlərin bütün kompleksinin genişləndirilməsi üzrə birgə işin davam etdirilməsinə hazır olduğunu qeyd edib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Misirdə anti-terror əməliyyatı: 25 terrorçu öldürüldü

%d bloqqer bunu bəyənir: