Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
erdoqan-kilicdaroqlu

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və AK partiyası CHP sədri Kamal Kılıçdaroğlu ilə partiya Məclisinin üzvlərindən “prezidenti təhqir”ə görə məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, AK partiyanın baş katibi Əbdülhəmid Gül Tvitterdə paylaşdığı açıqlamada bildirib ki, CHP Məclisi tərəfindən AKP-yə, prezidentə, millət və ölkəyə qarşı təhqir və yalanlardan ibarət bəyanatlar yayımlanır.

“CHP-nin bu cür bəyanatlarına qarşı AKP olaraq Ankara Cümhuriyyət Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişik. CHP terror təşkilatlarının yanında, cümhuriyyətin və xalqın qarşısında dayandıqca bu millətdən lazımı cavabı almaqda davam edəcək”, -deyə o söyləyib.

Qeyd edək ki, CHP noyabrın 6-da AKP və R. T. Ərdoğan əleyhinə bəyanat yayıb.

“FETÖ, PKK və İŞİD terror təşkilatlarına maliyyə yardımı göstərən Saray… və AKP rəhbərləri, demokratiya və ölkəmizin əbədiliyinə qarşı ən böyük təhdiddir”, – deyə bəyanatda vurğulanıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiyanın Nyu-Yorkdakı konsulluğunun komendantı ölü tapıldı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: