Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Ərdoğan hökumətinin anti-terror mübarizəsində kobud səhvləri olub, amma…”

Ərəstun Oruclu: “Dünyada elə bir dövlət yoxdur ki, o, terrordan tamamilə qoruna bilsin”

Türkiyənin Atatürk hava limanında baş verən son terror aktından sonra prezident Rəcəb Tayyib Ərdoğanın istefa verməsi gərəkdiyi ilə bağlı fikirlər səslənməkdədir. Maraqlıdır, bu terror aktından sonra Türkiyə prezidenti istefa verməlidirmi? Son proseslər mövcud hökumətin dövlətin təhlükəsizliyini təmin edə bilməməsinin aşkar isbatı hesab edilə bilərmi?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bu məsələyə birmənalı yanaşmağın mümkün olmadığını vurğuladı:
“Ərdoğanın istefası məsələsi Türkiyənin daxili siyasi işidir. Təbii ki, Ərdoğan hökumətinin anti-terror mübarizəsində çox kobud səhvləri olub. Amma digər tərəfdən dünyada elə bir dövlət yoxdur ki, o, terrordan özünü tamamilə qoruya bilsin. Fransanın, Belçikanın timsalında Qərb ölkələrində baş verən terror hadisələri buna nümunədir. Odur ki, Ərdoğan hökumətinin anti-terror siyasətindəki səhvlərini qeyd etməklə yanaşı, bu reallığı da unutmamaq lazımdır”.

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Lavrov Bakıya gəlir

%d bloqqer bunu bəyənir: