Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğan : “Ermənistanı qorxu bürüyüb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiya mövzusunu təqib edən jurnalistlərə gündəmə bağlı maraqlı açıqlamalar verib. 24saat.org Azərbaycanlı jurnalist Sevil Nuriyevanın da iştirak etdiyi sorğu-sualdan maraqlı hissələri təqdim edir:

Ermənistan prezidenti Sarkisyanın Azərbaycanla müharibəyə hazır olduqlarına dair açıqlamasından bəhs edən Ərdoğan bildirib ki, Ermənistan odla oynayır. Ərdağan daha sonra “Türkiyədə 100 minə yaxın erməni var. Bunların 50 mini Türkiyə vətəndaşı deyil. Oturma icazəsi olmayanlara da anlayışla davranırıq. 24 Apreldə bir mesaj da yayımladım. Biz xoşniyyətli olduğumuzu göstəririk ” kimi fikirlər səsləndirib.

sevil_nuriyeva

Sözlərinə “Qarşıdurma mühitində Azərbaycan və İlham Əliyev güc qazanır. Rusiya da tam mənasıyla Ermənistana açıqdan dəstək verə bilmir. Çünki Azərbaycanla da əlaqəsi var. Azərbaycanın aldığı yerlərlə bağlı “Bizim üçün əhəmiyyətli deyil”‘ desələr də, Ermənistanı qorxu bürüməyə başlayıb” deyə davam edən Türkiyə Prezidenti əlavə edib ki, əhali, əsgər sayı və digər imkanlar baxımından Azərbaycanın gücü Ermənistanla müqayisə edilməyəcək qədər çoxdur.” Azərbaycan qonşuluğunda olan ölkələrə bənzəmir. Nə Gürcüstan, nə də Ukrayna deyil. Rusiya Ukraynada belə istədiyi nəticəsində ala bilmədi. Yalnız Krımda tatarların əhalisi az olduğu üçün orada məqsədinə çatdı. Rusiya səhv edir. ”

24saat.org

 

 

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

İlqar Məmmədovun məhkəməsinin vaxtı yenidən dəyişdirildi

%d bloqqer bunu bəyənir: