Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğan: Ermənilərdən sadəcə istifadə etdilər

Almaniya Bundestaqının qəbul etdiyi qətnamənin ermənilərlə heç bir bağlılığı yoxdur. Onlardan sadəcə alət kimi istifadə olunub.

“Report”-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli sahibkarların konfransında deyib.

O bildirib ki, erməni məsələsi Türkiyəyə qarşı istifadə edilmək üçün çox əlverişli alətə çevrilib.

“Kipr yunanlarının törətdiyi qətliamların şahidləri hələ də yaşayırlar. Ermənilər Dağlıq Qarabağda vəhşiliklər törədiblər. Bu vəhşiliklərə məruz qalanlar bu gün də yaşayırlar və həqiqətləri onlardan eşitmək mümkündür”.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə “erməni soyqırım”ı ittihamlarını qətiyyən qəbul etmir və etməyəcək:

“Amma Türkiyə bu məsələdə tarixçilərin apardıqları araşdırmaların nəticələrini qəbul etməyə hazırdır. Bəs, Ermənistan və bəzi digər ölkələr bu nəticələri qəbul etməyə hazırdırmı?”

Prezident qeyd edib ki, hazırda Türkiyədə minlərlə erməni yaşayır: “Biz həmçinin 3 milyon qaçqına sığınacaq vermişik”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

İraq paytaxtında terror aktı törədilib: 6 ölü, 15 yaralı

%d bloqqer bunu bəyənir: