Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğan Avropanın şərtləri ilə razılaşmır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropaya vizasız gediş-gəliş əvəzində anti-terror qanunlarına dəyişiklik etməyəcəyini bildirib. ANS PRESS-in məlumatına görə, bununla Ərdoğan Avropa İttifaqının tələbini yerinə yetirməkdən imtina edib.

Avropa Birliyiylə vizasız rejim əvəzi olaraq rəsmi Ankara terrorizmin çox geniş izah edilən anlayışını konkretləşdirməlidir. Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib ki, onun ölkəsi terrorçuluğa qarşı qanunları dəyişdirmək niyyətində deyil.

“Biz öz yolumuzla gedirik, sən öz yolununla get. Kiminlə anlaşa bilirsən, get onunla anlaş”, – deyə Ərdoğan bildirib.

Viza rejiminin aradan qaldırılmasına əvəz olaraq Ankara miqrantları qəbul etməyə söz verib. Aİ ilə Türkiyə arasındakı razılaşmaya əsasən, martın 20-dən etibarən Yunanıstana qanunsuz gəlmiş miqrantlar sığınacaq üçün müraciət etmirlərsə və ya müraciətləri rədd edilirsə, onlar Türkiyəyə geri göndərilməlidir. Türkiyəyə qayıdan hər bir suriyalı mühacir üçün Aİ sığınacaq ərizəsi ilə müraciət etmiş daha bir suriyalını qəbul etməlidir. Aİ və Türkiyə arasında imzalanmış sazişdə bildirilir ki, vizanın iyunun sonunadək ləğv edilməsi üçün Ankara mayın 4-nə qədər 72 şərti yerinə yetirməlidir.

Avropa Birliyi

Rəcəb Tayip Ərdoğan Aİ ilə danışıqların əsas iştirakçısı olan baş nazir Əhməd Davudoğlunun istefa verməsini bəyan etməsindən bir gün sonra bu bəyanatı verib. Türkiyə mətbuatının məlumatına görə, Davudoğlu Ərdoğanın prezidentə daha çox səlahiyyət verməsi planlarına qarşı çıxıb. Ərdoğan konstitusiyaya təklif olunan bu dəyişiklərin onun yox, xalqın ehtiyacı olan məsələ olduğunu qeyd edib.

Aİ Türkiyənin öz qanunlarında terrorizm anlayışının şamil olunma sahəsini azaltmasını istəyir. Bu, Aİ-nın irəli sürdüyü 5 kriteriyadan biridir və yalnız onların qəbul olunmasından sonra vizasız gediş-gəlişin tətbiqinin mümkün olacağını bildirilir. Ərdoğan anti-terrorçuluq qanunları ilə bağlı dəyişiklər təklifini rədd edərək bildirib ki, Türkiyə ciddi terror təhlükəsi altındadır.

Ərdoğan hesab edir ki, qanunlar ölkə daxilində kürd silahlıları və xaricdə cıhadçı qruplar, o cümlədən İraq və Suriyada özünü İŞİD adlandıran qruplaşmaya qarşı mübarizə üçün önəmlidir.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Can Dündara sui-qəsd cəhdi – ŞOK VİDEO

%d bloqqer bunu bəyənir: