Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
erdoqan1

Ərdoğan Avropanı terroru dəstəkləməkdə suçladı

“Avropa İttifaqının terror qruplaşması elan etdiyi PKK-nın Avropa meydanlarında mitinqlər keçirməsinə icazə verilir”.

“Haber 7” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Müəllimlər günü” ilə bağlı keçirilən toplantıda bildirib.

“Almaniya kimi bir ölkə “Terrora – Xeyr!”, “Demokratiyaya -Hə!” mitinqi keçirmək istəyənlərə icazə vermir. Qərbin bu səmimiyyətinə inanmaq olarmı? Türkiyə Cümhuriyyəti prezdentinin telekonfrans keçirməsinə icazə verilmir, ancaq terrorçuların nümayişinə izn verilir. Bunlar terrorun yardımçısı, üzvləridir. Kimsə durub bizə dərs verməsin. Kimliyindən asılı olmayaraq, terrora dəstək verəni bağışlamayacağıq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Almaniyada “Terrora – Xeyr!”, “Demokratiyaya – Hə!” şüarı ilə mitinqin keçirilməsinə Almaniyada icazə verilməyib. Həmin mitinqə Rəcəb Tayyib Ərdoğanın da telekonfransla qatılacağı planlaşdırılıbmış.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Azərbaycan XİN: “Sarkisyan ərazi bütövlüyümüzü tanıyırsa, qoşunlarını çıxarsın”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: